Misirin Trampın Qüds qərarı ilə bağlı ikili reaksiya verdiyi ortaya çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.Az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına elə də ciddi münasibət bildirməyən Sisi hökuməti arxa planda Misir mediasından Qüds məsələsini adiləşdirməyi tələb edib. Belə ki, qəzet bu haqda telefon danışıqlarını ələ keçirib. Danışıqlarda Misir kəşfiyyatından Əşrəf əl-Koli adlı şəxs ölkənin ən çox izlənən proqramlarının aparıcılarına sözü gedən məsələ barədə göstərişlər verərək, “Digər ərəb qardaşlarımız kimi biz də bu qərarı ictimaiyyət arasında qınayacağıq, ancaq Qüds Misirin milli problemi deyil, qərarı qınamaq yerinə tamaşaçıların qərarı qəbul etməsini təmin edəcək şəkildə proqram aparın. Fələstin Ramallahla kifayətlənsin, Qüdsün Ramallahdan fərqi nədir?” deyib. Qəzet onu da qeyd edib ki, Kolinin göstəriş verdiyi aparıcılardan biri də bu faktları təsdiqləyib.

Vəsilə İbrahim

TİA.Az