Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, raket Taba xəstəxanasının rəhbərliyinə ayrılan iqamətgahı vurub.
Xəbərdə 5 nəfərin yaralandığı hadisədə can itkisinin olmadığı barədə məlumatlar yer alıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyi, raketin haradan atıldığının hələlik məlum olmadığı, hadisə ilə bağlı lazımi araşdırmalara başlanıldığı bildirilib.
Hadisə ilə bağlı Misir rəsmilərindən hələlik heç bir rəsmi açıqlama yoxdur.