Misirdə Sisinin yerinə göz dikən polkovnik həbsə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir hərbi məhkəməsi gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını bəyan edən polkovnikə 6 ay həbs cəzası verib.

Avropa.info xəbər verir ki, AFP agentliyinə müsahibə verən polkovnik Əhməd Konsovanın vəkili müvəkkilinin “hərbi sistemin tələblərinə əks olaraq siyasi fikrilərini bəyan etmə” maddəsi ilə həbs olunduğunu deyib.

Konsova keçən ay çəkdiyi 22 dəqiqəlik video ilə indiki xuntaçı prezident Əbdül Fəttah Sisiyə prezident seçkisində rəqib olacağını bildirmişdi.

Konsova namizədliyini bəyan etdiyi videoda 2014-ci ildən bu yana istefa verməyə çalışdığını, amma istefasının qəbul edilmədiyini bildirmişdi.

Video yayımlanan kimi Konsova həbs olunmuş və 15 gün sorğu-suala çəkilmişdi.

Qeyd edək ki, Misirdə prezident seçkiləri 2018-ci ilin mart yaxud aprel ayında keçiriləcək.