Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 184-ə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb

  

Son məlumatlara görə, ölənlərin sayı 184-ə çatıb. 120 nəfərin yaralandığı açıqlanıb.

Misir hökuməti ölkədə 3 günlük matəm elan edib.

***

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 155 nəfərə çatıb

TİA.AZ-ın “Aljazeera”ya istinadən verdiyi xəbərə görə, hadisə zamanı 120 nəfərin yaralandığı deyilir.
 
Partlayışla bağlı Misir prezidenti Əbdül Fəttah Əl Sisi təcili toplantı keçirib.
 
***
 
Misirin Sinay yarımadasının şimalında məsciddə partlayış olub.
 
TİA.AZ-ın “Daily Star”a istinadən verdiyi xəbərə görə, hadisə Bir al-Abd şəhərində baş verib.
 
Misir Səhiyyə Nazirliyindən bildirilib ki, cümə namazı zamanı törədilən partlayış nəticəsində 50 nəfər ölüb, 75 nəfər yaralanıb.
 
Partlayışla bağlı heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.