Mişel Platini futbol qaydalarının dəyişdirilməsini təklif etdibackend

Mişel Platini futbol qaydalarının dəyişdirilməsini təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
UEFA-nın keçmiş prezidenti, veteran futbolçu Mişel Platini futbolda əyləncəni artırmaq üçün oyun qaydalarında islahatlar aparmağı təklif edib.
Tribunainfo.az xəbər verir ki, Platini bu barədə “RMC Sport”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, matçların 10×10 formatında keçirilməsi üçün bir futbolçunu meydandan kənarlaşdırmaq lazımdır.
“Keçən əsrdə biz 11 nəfərlik heyətlə oynayırdıq, amma oyunçular indikindən daha az qaçırdılar, o qədər də güclü deyildilər və daha yavaş hərəkət edirdilər. Ona görə də meydandakı oyunçuların sayını azaltmağa dəyər. Bu, meydançadakı yeri artıracaq və daha çox sərbəst zonalar yaradacaq”, deyə Platini bildirib.
Qeyd edək ki, Platini futbolçu karyerası ərzində Fransanın “Nansi”, “Sent-Etyen” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.
Mişel Platini 2007-ci il yanvarın 26-da UEFA-nın Düsseldorf şəhərində keçirilən konfransında qurumun prezidenti seçilib. O, eyni zamanda FİFA-nın vitse-prezidenti olub. O, 2019-cu ildə DÇ-2022 ilə bağlı korrupsiya araşdırmaları çərçivəsində Parisdə saxlanılıb.