Avropa Şurasının sədri Çarlz Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla G20 sammiti çərçivəsində Qara dəniz taxıl təşəbbüsünü, regional vəziyyəti, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.
Tribunainfo.az xəbər verir ki, Mişel bu barədə özünün X mikrobloqunda yazıb.
“G20 çərçivəsində Türkiyə prezidenti Ərdoğanla görüşdə mən Aİ-Türkiyə münasibətlərinin bütün paketini, Qara dəniz taxıl təşəbbüsünü və regional vəziyyəti, xüsusilə Azərbaycan və Ermənistanı müzakirə etdim”, o yazıb.