MİS rəisi iş otağının qapısında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yasamal rayon 43 saylı Mənzil İstismar Sahəsinin rəisi Yusif Əhmədov vəfat edib. 

Yasamal rayon 43 saylı Mənzil İstismar Sahəsinin rəisi Yusif Əhmədov vəfat edib.

Bu haqda yayılan məlumat Yasamal Rayon İcra Hakimiyyətindən Axar.az-a təsdiqlənib. İcra Hakimiyyətindən bildirilib ki, Y.Əhmədov səhər saatlarında iş otağının qapısında vəfat edib:

“Yusif müəllim səhər işə gəlməzdən əvvəl həmişə ərazini gəzirdi. Bu gün də ərazini gəzib otağına gedib. Lakin iş otağının qapısında keçinib. Təcili yardım maşını gəlib apardı. Hansı səbəbdən öldüyü hələlik məlum deyil. Yusif bəyin 60-da çox yaşı var idi”.