Ermənistanın baş naziri Nikol Paşinyan dünən “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında kommunikasiyaların açılması üzrə komissiyanın yaradılması və komissiyanın fərdi tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Tribunainfo.az xəbər verir ki, həmin sərəncama əsasən komissiyanın tərkibində dəyişiklik edilib.
Rəsmi məlumatda deyilir ki, komissiyaya Ermənistan baş nazirnin müavini Mher Qriqoryan başçılıq edəcək.
Siyahıda əvvəlki məmurların bir çoxlarının adı olduğu kimi qalıb. Diqqət çəkən məsələ isə Ermənistanın XİN başçısı Ararat Mirzoyanın həyat yoldaşının komissiyanın tərkibinə daxil edilməsidir. Belə ki, Qohar Abajyan “İnvestisiyaya Dəstək Mərkəzi” Fondunun direktorudur. O, bu komissiyaya razılıq əsasında üzv edilib.
Fərda Uğur










