MİRZOYANIN BU HƏRƏKƏTİ  ERMƏNİSTANA BAHA BAŞA GƏLƏCƏK – EKSPERT

MİRZOYANIN BU HƏRƏKƏTİ ERMƏNİSTANA BAHA BAŞA GƏLƏCƏK – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan XİN rəhbəri Mirzoyan 6 gündə Litvanın, İspaniyanın, Bolqarıstanın, Yunanıstanın, Maltanın, BƏƏ-nin, ABŞ-ın, Makedoniyanın, Kiprin, İrlandiyanın, Macarıstanın, Latviyanın, Belçikanın, Xorvatiyanın xarici işlər nazirlərinə zəng edərək Azərbaycanı şikayət edib. O Mirzoyan ki, 2023 – cü ildə iki dəfə bir neçə günlük ABŞ görüşlərində Azərbaycan qarşısında öhdəliklər götürüb Baş nazir Paşinyanla birlikdə danışıqları sıfırlamaqla məşğuldur. Bu, ermənilərə çox baha başa gələcək.

Tribunainfo.az yazır ki, bu barədə danışan politoloq Zaur Məmmədov bildirib ki, Blinkenin Azərbaycandan vaxt istəməsi fonunda Ermənistanın apardığı siyasət danışıqlar masasında kimin qeyri – səmimi olduğunu açıq-aşkar göstərir:

“Qeyd etdiyim kimi, bunlarla demarkasiya – delimitasiya 28 aprel 1920 – ci ilin xəritələrinə uyğun aparılmalıdır.
Yeri gəlmişkən, son hadisələrdə Ermənistandan daha çox erməni diasporu fəallıq nümayiş etdirir, gündəlik olaraq Qərbin ayrı-ayrı bloggerləri, jurnalistləri, hüquq müdafiəçilərinin yazıları dərc edilir. Lakin erməni diasporası bilməlidir ki, onların apardığı siyasət Ermənistanın olmayan qondarma dövlətçiliyini sual altına qoyur. Öz növbəsində, mövcud proseslər bizim diasporalarımızın da daha fəal olmasını və ümumilli işdə sistemli iştirakını tələb edir, bura Qərbin jurnalistləri və ictimaiyyət nümayəndələri ilə sıx iş də aiddir”.