Mirzoyanı döyənlərdən biri həbs edildibackend

Mirzoyanı döyənlərdən biri həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidməti yüksək rütbəli məmurun döyülməsi ilə bağlı istintaqın bəzi təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəynatadan sonra Ermənistan vətəndaşı T.A. parlamentin binasına gedib.
Həmin vaxt orada və digər hökumət qurumlarının yaxınlığında və ətrafında iğtişaşlar olub.
İğtişaşlara qoşulan T.A. digər etirazçılarla birlikdə o dövrdə parlamentin sədri, indi isə xarici işlər naziri olan Ararat Mirzoyanın avtomobilini Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində saxlayıb, onu nəqliyyat vasitəsindən sürüyərək düşürüb və döyməyə başlayıblar.
Müəyyən edilib ki, fəallar Mirzoyanın başına təpik vurublar, nəticədə eks-spiker çoxsaylı sınıqlar və digər bədən xəsarətləri ilə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti parlamentin eks-spikeri, hazırda isə respublika Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanı öldürməyə cəhddə şübhəli bilinən T.A saxlanılıb.
Saxlanılan şəxslə bağlı cinayət işi başlanılıb. MTX onun iki ay müddətinə həbs olunması ilə bağlı vəsatəti məhkəməyə təqdim edib və vəsatət təmin edilib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalaması xəbərindən sonra İrəvanda etiraz aksiyaları başlayıb. Etiraz aksiyası hökumət evinin yaxınlığında keçirilib, etirazçılar binaya soxulub, Ermənistanın baş naziri Nikol Paşinyanın ofisini dağıdıb və dövlət rəmzlərini götürüblər.