Mirzoyandan “U” dönüşü – erməni nazir Rusiyanı təriflədibackend

Mirzoyandan “U” dönüşü – erməni nazir Rusiyanı təriflədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçilik rolu konstruktiv idi.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Yerevan Dialogue” beynəlxalq forumunda çıxışında deyib.

“Rusiya 2020-ci ildə müharibədən sonra uğurla vasitəçilik edə və barışıq imzalaya bildi. Ermənistan və Azərbaycanı danışıqlar masasına gətirən vasitəçilik prosesinin təşəbbüskarı Rusiyadır. Bu rolu ABŞ, AB və digər ölkələr – Fransa və Almaniya davam etdirdi. Və azərbaycanlı həmkarımla sonuncu görüş Qazaxıstanda baş tutub”, – Mirzoyan bildirib.

O, Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmağa çalışan bütün ölkələrə təşəkkür edib:

“Bununla belə, İrəvan başa düşür ki, bütün ölkələrin öz maraqları var. Bu maraqlar heç də həmişə Ermənistanın və ya Azərbaycanın maraqları ilə üst-üstə düşməməlidir, bu nəzəri, aksiomatik həqiqətdir”.