Mirzoyan Türkiyəyə gedir

Mirzoyan Türkiyəyə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan Antalya Beynəlxalq Diplomatik Forumunun iştirakçıları siyahısına daxil edilib.
Tribunainfo.az
 xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Forum 11-13 aprel tarixlərində Ərdoğanın himayəsi ilə “Parçalanmış dünyada diplomatiyanın bərpası” şüarı altında keçiriləcək.
Tədbirdə 148 ölkədən 4800-ə yaxın nümayəndənin, o cümlədən 18 dövlət və hökumət başçısının iştirakı gözlənilir.
“Aprelin 11-12-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak edəcək. İşgüzar səfər çərçivəsində ikitərəfli görüşlər də planlaşdırılır”, – nazirliyin məlumatında deyilir.