Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşdü

Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçı qəbul edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “X” hesabında yazıb.
Xatırladaq ki, bu gün Ermənistanda iki ölkənin münasibətlərin normallaşdırılması üzrə nümayəndə heyətlərinin görüşü keçirilib. Danışıqların yekunları üzrə tərəflər Gümrü-Qars dəmir yolunun və elektrik ötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki araşdırmaların aparılması barədə razılığa gəliblər.