Mirzoyan: “Sülh uzun çəkə bilər”

Mirzoyan: “Sülh uzun çəkə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla sülh müqaviləsinin mətninin qalan maddələrinin razılaşdırılması uzun müddət çəkə bilər”. Tribunainfo.az bildirir ki, bu sözlərin müəllifi Ermənistan XİN başçısı Ararat Mirzoyandır.
Onun sözlərinə görə, indiyə qədər 17 bənddən 15-ui razılaşdırılıb. “Biz sülh sazişinə dair 17 bəndlik razılaşmanın 15-ni razılaşdırmışıq. Yerdə qalan iki bəndin müzakirəsinin uzun zaman davam edəcəyini düşünürük”.
Mirzoyan iddia edib ki, Ermənistan qonşulardan eyni konstruktiv mövqe və hazırlığı görmürlər.
O, həmçinin qeyd edib ki, İrəvan sərhədlərin açılmasını, yüklərin daşınması üçün dəmir yolu nəqliyyatının bərpasını həyata keçirməyə hazırdılar. “Bunu təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də Şərqdən Qərbə bütün ölkələr üçün imkan yaratmağı təklif edirik”.