Məlum olduğu kimi, Ermənistan Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Tribunainfo.az xəbər verir ki, “Joqovurd” qəzeti bununla bağlı Ermənistan XİN-ə yazılı sorğu göndərərək, sülh müqaviləsi danışıqlarının hansı mərhələdə olması, hazırda dialoq gedib-getməməsinə cavab axtarıb.
Lakin Ermənistan XİN-I buna cavab olaraq bildirib ki, onlar bu barədə geniş açıqlama verə bilməzlər. Nazirliyin İnformasiya və Diplomatik Departamentinin rəhbəri İnna Torqomyan deyib ki, danışıqlar, onun nəticələri barədə yalnız rəsmi kanallar vasitəsi ilə ictimaiyyət müntəzəm olaraq məlumatlandırılır.