MİRZOYAN QAPI-QAPI GƏZİR – ERMƏNİSTAN İNDİ DƏ NEPALIN ÜMİDİNƏ QALIB

MİRZOYAN QAPI-QAPI GƏZİR – ERMƏNİSTAN İNDİ DƏ NEPALIN ÜMİDİNƏ QALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, dekabrın 14-də nazir Ararat Mirzoyan Nepalın xarici işlər naziri Narayan Prakaş Səud ilə görüşüb. Tribunainfo.az bildirir ki, həmsöhbətlər müxtəlif sahələrdə ikitərəfli potensialın daha fəal həyata keçirilməsinin zəruriliyini vurğulayaraq, müqavilə-hüquq bazasının genişləndirilməsinin və ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər arasında beynəlxalq platformalarda, o cümlədən dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrlə bağlı gündəlikdəki məsələlər üzrə əməkdaşlıq təcrübəsi qarşılıqlı məmnunluqla qeyd olunub. Ermənistan və Nepal xarici işlər nazirliklərinin rəhbərləri də regionların bir-birinə bağlılığının vacibliyini vurğulayıblar. Siyasi şərhçilər qeyd edirlər ki, Ermənistan indi də Nepalın ümidinə qalıb.