Mirzoyan: “Ermənistanın sərhəddini Sakit okeandan başlayıb Atlantik okeanda bitirərəm”

Mirzoyan: “Ermənistanın sərhəddini Sakit okeandan başlayıb Atlantik okeanda bitirərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Demarkasiyanın cənubdan şimala davam etməsi məntiqli olardı. Çünki Meğri bizimdir, azərbaycanlılar isə İşıqlı dağından çıxacaq. Oradan isə Qara gölə çıxacağıq”. Tribunainfo.az xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Ararat Mirzoyan deyib.
O iddia edib ki, guya, Azərbaycan Ermənistanın 200 kv.km ərazisini “işğal” edib. “Bizim o əraziləri hər hansı güc yolu ilə almaq fikrimiz yoxdur. Məsələni diplomatik yolla həll edəcəyik. Ona görə də, sözügedən ərazilərin geri alınması məsələsini demarkasiya prosesinin gündəliyinə daxil edəcəyik”.
Mirzoyan çıxışı zaman əsl erməni yanaşması nümayiş etdirib. “Məndən asılı olsaydı, Ermənistanın sərhədlərinin demarkasiyasına Sakit Okeandan başlayardım və onu Atlantik Okeanında bitirərdim. Lakin biz dünyada tək deyilik və 200-dən artıq dövlət var. Onlarla hesablaşmalıyıq”.