Vyanada ER xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə ER-in Avropa ölkələri, ABŞ və Kanadada akkreditə olunmuş səfirlərinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələrinin görüşü keçirilib.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, nazirin çıxışından sonra Cənubi Qafqazdakı mövcud vəziyyət, sülh gündəmi, sabitliyin bərqərar edilməsinə yönəlmiş səylər, ER ikitərəfli və çoxtərəfli gündəliyin genişləndirilməsi perspektivləri müzakirə edilib.
Beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.