ER XİN rəhbəri Qarabağdakı böhranın aradan qaldırılması kontekstində beynəlxalq tərəfdaşlar tərəfindən qətiyyətli addımların atılmasının vacibliyini qeyd edib.
Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan cənubi koreyalı həmkarı Park Cin ilə regiondakı vəziyyəti və Azərbaycanın Laçın dəhlizinin blokadaya alınması nəticəsində Qarabağda yaranmış humanitar böhranı müzakirə edib.
Görüş Sloveniyanın Bled şəhərində keçirilən XVIII Beynəlxalq Strateji Forumun kənarında baş tutub.