Mirzoyan bizi təhdid edir?backend

Mirzoyan bizi təhdid edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın XİN başçısı Ararat Mirzoyan BMT-də çıxışı zamanı mədəni irsin dağıdılması barədə danışıb. Tribunainfo.az xəbər verir ki, o, ünvansız şəkildə, daha doğrusu, ad çəkmədən belə halların münaqişəyə səbəb ola biləcəyini iddia edib.
O deyib ki, mədəni irsin qanunsuz dağıdılması, mədəni sərvətlərin, o cümlədən dini abidələrin və artefaktların silahlı qarşıdurmalarda talan və qaçaqmalçılıq yolu ilə aparılması, bu kontekstdə tarixi kökləri, mədəni kimliyi və mədəni müxtəlifliyi inkar etmək cəhdləri dövlətləri təhrik edə və münaqişəyə səbəb ola bilər.
Xatırladaq ki, Mirzoyan ötən gün BMT-dəki bir başqa çıxışında Azərbaycanı Qarabağda “Erməni milli irsi”ni dağıtmaqda günahlandırmışdı. Bu fikirlərin ardından” münaqişəyə səbəb ola bilər” açıqlamasını ifadə etməklə, Ermənistan XİN-in başçısı doyası ilə Azərbaycanı hədələmiş sayıla bilər.