MİRZOYAN: AZƏRBAYCANLA SƏRHƏDLƏR SOVET BAŞ QƏRARGAHININ XƏRİTƏLƏRİ İLƏ MÜƏYYƏNLƏŞSİN

MİRZOYAN: AZƏRBAYCANLA SƏRHƏDLƏR SOVET BAŞ QƏRARGAHININ XƏRİTƏLƏRİ İLƏ MÜƏYYƏNLƏŞSİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla danışıqlar kontekstində Ermənistanın məqsəd və vəzifələrini açıqlayıb.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan və Azərbaycan tərəfindən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ekspansionist istəklərin qarşısının alınmasını prioritet hesab etməkdə davam edir. Xarici işlər naziri Ararat Mirzoyan bu barədə İrəvanda kanadalı həmkarı Melani Coli ilə birgə mətbuat konfransında bildirib.

Erməni nazir vurğulayıb ki, İrəvan sülh sazişi üçün danışıqları davam etdirməyə hazırdır. Bu kontekstdə ərazi bütövlüyünün tanınması ilə yanaşı, Sovet Baş Qərargahının son xəritələri əsasında iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də iş aparılmalıdır.

“Biz həmçinin suverenlik, yurisdiksiya və tərəflərin bərabərliyi və qarşılıqlılığı prinsipinə əsaslanan regional kommunikasiyaların qarşısının alınmasında maraqlıyıq”, – Mirzoyan əlavə edib.