MİRZOYAN AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDAKI SÜLH ŞƏRTLƏRİNİ AÇIQLADI

MİRZOYAN AZƏRBAYCANLA ERMƏNİSTAN ARASINDAKI SÜLH ŞƏRTLƏRİNİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Qranada bəyanatında Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün şərtlərin adını çəkib.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan macar həmkarı Peter Siyarto ilə İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanla sabit sülh əldə etmək üçün lazımi şərtləri adlandırıb.

“Ermənistan və Azərbaycan arasında sabit sülhə, Alma-Ata Bəyannaməsi və ən son xəritələr əsasında iki ölkənin ərazi bütövlüyü və sərhədlərinin delimitasiyası birmənalı şəkildə qarşılıqlı tanınması şərti ilə sülh müqaviləsi imzalanmaqla əldə edilə bilər”, – Mirzoyan bildirib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, məhz bu məqamlar Qranadada qəbul edilmiş bəyanatda öz yerini tapıb. Ermənistan bu bəyanata digər beynəlxalq tərəfdaşlardan dəstək gözləyir.