“Müasir dünyada “Sülh yollarının kəsişməsi” ideyasını irəli sürmək və onun dünya birliyinin qəbul edəcəyinə ümid etmək mümkün deyil”. Tribunainfo.az xəbər verir ki, bunu separatçıların qondarma “xin” başçısı Karen Mirzoyan deyib.
O iddia edib ki, guya, Qarabağ məsələsi gec-tez “ciddi faktora” çevriləcək. Lakin Mirzoyan bunun hansı şəkildə baş verəcəyini tam izah etməyib. Yalnız onu deyib ki, SSRİ dövrnüdə Qarabağ Azərbaycanın tərkibində olsa da, sonradan “ayrılmaq” təcrübəsindən istifadə edib.
Separatçıların nümayəndəsi hesab edir ki, Azərbaycanın guya, heç vaxt Ermənistanla sülh müqaviləsi imzalamaq niyyəti ciddi olmayıb. “Əksinə, Azərbaycan sülh sazişinin tezisindən istifadə edərək bir sıra nailiyyətlərə imza atıb. O sərhədlərin müəyyənləşdirilməsindən başlayaraq, bir çox başqa problemlərlə yanaşı, bir sıra tezislər də ölkəmizin, xalqımızın boynuna dolanmağa çalışır”.
Onun sözlərinə görə, Azərbaycanın məqsədi heç vaxt Azərbaycana təhlükə yarada bilməyəcək bir Ermənistan əldə etməkdir. “Onun ətrafında, açıq desək, Azərbaycan peyki olacaq bir Ermənistan mövcud olacaq, Azərbaycandan tamamilə asılı olacaq. Bu, Azərbaycanın məqsədidir”.