Sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ER xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, iclasda sentyabrın 19-dan başlayaraq Azərbaycanın həyata keçirdiyi amti-terror nəticəsində ortaya çıxan ən ciddi təhlükəsizlik və humanitar məsələlər diqqət mərkəzində olub. Nazir Mirzoyan qeyd edib ki, Azərbaycan cəzasızlıq hissini rəhbər tutaraq, beynəlxalq strukturlar tərəfindən çəkindirici tədbirlərin görülməməsini yolverilməzlik kimi qəbul edir və açıq gücdən istifadə etməklə Qarabağda əməliyyat keçirir.
Xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in müvafiq mexanizmlərinin təcili işə salınmasının vacibliyini vurğulayıb.