MİRZOYAN ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ İLƏ QARABAĞI MÜZAKİRƏ ETDİbackend

MİRZOYAN ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ İLƏ QARABAĞI MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 8-də ER xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Regional təhlükəsizlik məsələləri, Qarabağdakı vəziyyət müzakirə edilib.

Xarici işlər naziri Ararat Mirzoyan 2020-ci ili təsdiqlənən, Noyabrın 9-da verilən bəyanata və Beynəlxalq Məhkəmənin iki qərarına əsasən, Azərbaycanın Laçın dəhlizinin blokadasının aradan qaldırılmasının zəruriliyi vurğulayıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağa fasiləsiz çıxışının və humanitar fəaliyyətinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Xankəndi və Bakı arasında hüquqlar və təhlükəsizlik təminatları üzrə müzakirələr üçün effektiv beynəlxalq mexanizmin tətbiqinin zəruriliyi vurğulanıb.

İkitərəfli əməkdaşlıq gündəliyinə istinad edilib.