Özbəkistanın hazırkı rəhbəri Şavkat Mirziyoyev prezident seçkilərində 87,05% səslə qalib gəlib.
Tribunainfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev deyib.
Nizamxojayev qeyd edib ki, hazırkı dövlət başçısı qanunvericiliyə uyğun olaraq seçkilərin nəticələrinə əsasən yenidən yeni müddətə seçilib:
“Qanuna uyğun olaraq, 50% səs üstəgəl 1 səs toplayan namizəd seçilmiş dövlət başçısı sayılır. Şavkat Mirziyoyev ilkin məlumatlara görə 87,05% səs topladığı üçün qanunla prezident seçilib”.