Bakı Apellyasiya Məhkəməsində “VMR Medical Center” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə hakim Faiq Qəniyevin sədrliyi ilə yanvarın 23-də baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd: 2015-ci ildə yaradılan və nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Vüsal Şükür oğlu Həsənovdur. O, həm də 2017-ci ildə yaradılan və nizamnamə kapitalı 20 AZN olan “VMR Şirkətlər Qrupu”nun rəhbəridir. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı iddia edir ki, V.Həsənov onun qızı, Müasir Psixologiya Mərkəzinin əməkdaşı Sara Rəhmanovanı təhqir edib. Şirkət rəhbəri isə bunu təkzib edib. İşə polis qarışıb, hazırda araşdırmanın aparıldığı bildirilir.