Bakıda yeni dərnək fəaliyyətə başlayıb.
Bakıda yeni dərnək fəaliyyətə başlayıb.
İmkansız və köməyə ehtiyacı olan vətəndaşlara yardım edəcək dərnəyi “MİRAY”ı isə 3 gənc yaradıb. TİA.AZ-a açıqlamasında dərnəyin qurucularından Mirsəid Cəfəri bildirib ki, bir həftədir fəaliyyətə başlayan dərnək yeni olduğu üçün hələ ki heç kimə yardım etməyib: “Amma yardım istəyi üçün müraciətlər daxil olub. Dərnək yanvar ayının sonu fevral ayında iki ailəyə və xəstə körpələrə yardım göstərəcək. Hazırda həmin ailələr üçün maddı yardım toplanılır”. Maliyyə dəstəyinə gəldikdə isə M.Cəfərinin sözlərinə görə bu müraciət edən insanlar tərəfindən və MİRAY-ın qurucuları tərəfindən həyata keçirilir. Mirseyid Cəfərli, Nihad Süleymanlı və Miri Qasımovun müzakirəsi və istəyi ilə qurulan dərnəyin məqsədi insanlara yardım əli uzatmaq və onlara kömək etmək istəyən insanların sayını çoxaltmaqdır.
Nilufər