Mirası marağa səbəb oldu – Yarımada, 86 mənzil…

Mirası marağa səbəb oldu – Yarımada, 86 mənzil…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, tanınmış türkiyəli müğənni Ferdi Tayfur 79 yaşında vəfat edib.

Tribunainfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölümündən sonra Ferdi Tayfurun var-dövləti maraq doğurub.

İddialara görə, Ferdi Tayfur yarımada, körfəz və 86 mənzilin sahibidir.

Tayfurun Marmarisdə bir körfəz və yarımada, Adanada 50 mənzil, İstanbulda isə 30 ev və 6 villası olduğu bildirilib.

Onun mülkünün kimə qalacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, müğənninin 5 övladı var.

Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən F. Tayfura 2020-ci ildə oğlundan böyrək köçürülmüşdü.