MİR ŞAHİNƏ VERİLƏN ORDENLƏ DAHA KİMLƏR TƏLTİF EDİLİB? – ADLARbackend

MİR ŞAHİNƏ VERİLƏN ORDENLƏ DAHA KİMLƏR TƏLTİF EDİLİB? – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, REAL TV-nin rəhbəri Mir Şahin Ağayev media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tribunainfo.az araşdırıb ki, Azərbaycanda bu ali mükafatla təltif edilənlərin sayı barmaqla sayılacaq qədərdir. Əvvəla qeyd edək ki, “Vətənə xidmətə görə” ordeni 7 noyabr 2003-cü ildə təsis edilib.
Azərbaycan Respublikasının üç dərəcədə “Vətənə xidmətə görə” ordeni aşağıdakılara görə verilir:
— Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;
— dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;
— milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.
“Vətənə xidmətə görə” ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır.

“Vətənə xidmətə görə” ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

“Vətənə xidmətə görə” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

İndiyə qədər çox sayda məmura, müharibə iştirakçısına, qazi və hərbi qulluqçulara bu mükafat təqdim edilib. 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni isə indiyə qədər cəmi 5 şəxsə təqdim edilib ki, onlardan üçü 44 günlük tarixi zəfər iştirakçısı hərbi zabitimizdir.

Mir Şahin Ağayevdən öncə bu mükafata layiq görülənlərin siyahısını təqdim edirik:

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov

Əkbərov İsmayıl Bayram oğlu, general-leytenant

Sadiqov Rəşad Heydər oğlu, general-leytenant

Şirinzadə Firuz Böyükağa oğlu, general-leytenant

Fövqəladə hallar nazirinin müavini Nazim Xeyrulla oğlu Məmmədov.