Məktəblərdə sosial şəbəkələrlə rəftar, bu platformada davranış xüsusi bir fənn kimi tədris olunmalıdır. Bunu etmək artıq labüddür!
Tribunainfo.az xəbər verir ki, bu təkliflə REAL TV-nin direktoru Mirşahin Ağayev çıxış edib. Məktəbli qızların aşağı sinif şagirdini təhqir edərək çəkdiyi video ilə bağlı danışan telejurnalist bildirib ki, indiki halda nə üzü bağlı, nə üzü açıq – heç bir belə video paylaşılmamalıdır!:
“Ən azı ona görə ki, üzü bağlı olan adam da onu aşağılayanlar, alçaldanlar kimi özünü o kadrlarda görür: bilir ki, bu odur! Bu videonu və ya belə videonu ilk dəfə görən və ya əldə edən şəxs onu dərhal polisə təqdim etməli idi və ya etməlidir. Afişalandırmadan! İctimailəşdirmədən! Yalnız o və yalnız polis! Əks təqdirdə hər birimiz bu internet azğınlığının iştirakçısı oluruq! Bu gün yeniyetmənin əlindəki yumurtadan sabah balta çıxır!”.