MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi

MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək namizədlərə müraciət edib.

Tribunainfo.az xəbər verir ki, müraciətdə deyilir:

“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirmək mütləqdir:

– şəxsiyyəti təsdiq edən sənəd;

– ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;

– xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Nəzərinizə çatdırırıq ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər əlavə olaraq faktiki yaşayış yeri ilə bağlı arayış təqdim etməlidirlər.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq”.