Bir müddət öncə dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb. Lakin müsahibə mərhələsindən neçə müəllimin keçdiyi barədə statistika elan olunmayıb.
Müsahibələrdə uğur qazanan namizədlərə 3 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmək üçün vaxt verilmişdi.
Təyinat alan müəllimlərə verilən vaxt artıq başa çatıb.
Maraqlıdır, təyinat yerindən imtina edən neçə müəllim olub?
Təhsil İnstititu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, bununla bağlı statistika hələ hazır deyil və yerlərdən məlumatların toplanması işi aparılır. Yaxın vaxtlarda işə təyinat alan müəllimlərin statistikasının açıqlanacağı gözlənilir.
Xatırladaq ki, hər il bəzi müəllimlər təyinat aldıqları məktəbə gedib baxandan sonra müxtəlif arqumentlərlə işləməkdən imtina edirlər. Sosial şəbəkələrdə yayılan məlumatlarda görə, bu il də belə müəllimlər yox deyil.
Onu da qeyd edək ki, MİQ-in müsahibə mərhələsindən keçə bilməyən də xeyli müəllim olub. Bu müəllimlərin bir qrupu öz etirazlarını İnsan Resursları Mərkəzinin sosial şəbəkə səhifəsinə yazıblar.
Müsahibə mərhələsindən keçə bilməyən namizədlərə 29 avqust saat 18:00-dan 1 sentyabr saat 18:00-dık apellyasiyaya şikayəti edə bilmələri üçün vaxt verilmişdi.
Hazırda həmin müəllimlərin müraciətlərinə baxılır