ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub.
ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri təyin olunub.
TİA.AZ ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir ki, gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək.
Hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır.
Daimi həmsədrin adı isə yaxın vaxtlarda məlum olacaq.
Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb.