Minimum əməkhaqqı artırıldı – SƏRƏNCAM

Minimum əməkhaqqı artırıldı – SƏRƏNCAM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.