Minifutbol-2025: Tailand Bakıda növbəti mərhələyə vəsiqə qazandı

Minifutbol-2025: Tailand Bakıda növbəti mərhələyə vəsiqə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Tribunainfo.az-ın məlumatına görə, günün ilk matçında E qrupunda Kosta Rika – Tailand matçı baş tutub.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:1.
Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar.

E qrupunun İndoneziya – Monteneqro görüşü bu gün, saat 20:00-da başlayacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.