Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti görüş baş tutub.
Tribunainfo.az xəbər verir ki, G qrupunun oyununda Çexiya yığması Argentinanı məğlub edib.
Milli Gimnastika Arenasında keçirilən görüş Çexiyanın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu gün baş tutan digər görüşlərdə İspaniya Qananı (3:0), İndoneziya Kosta Rikanı (1:0) məğlub edib. Monteneqro – Tailand matçında heç-heçə qeydə alınıb – 1:1.