Minifutbol-2025: Argentina millisi dünya çempionatını xalsız bitirdi

Minifutbol-2025: Argentina millisi dünya çempionatını xalsız bitirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.

Tribunainfo.az-ın məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb – 4:1.

Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ üç xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.

G qrupunun Çexiya – Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın altı xalı var.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.