Mingəçevirdə intihara cəhd edən qadın: – “Bircə balamı müalicə etdirməyə pul tapmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə 45 yaşlı qadının intihara cəhdinin təfərrüatları məlum olub.
 
 Mingəçevirdə 45 yaşlı qadının intihara cəhdinin təfərrüatları məlum olub.

Yaqut Məmmədovanın qaynanası Sevil Məmmədova AzNews.az-a açıqlamasında bildirib ki, gəlini övladının müalicəsinə pul tapa bilmədiyi üçün intihar etmək istəyib:

“Biz bir yerdə yaşayırıq. Uşağın 8 yaşı var, xəstədir. Oğlum da bazarda fəhləlik edir. Gündəlik qazandığı pul dava-dərmana çatmır. Uşağı müalicə etdirməyə imkanımız yoxdur. Müalicə üçün pul lazımdır, onu da tapa bilmirik. Çox pis vəziyyətdəyik. Gəlinim də balasının bu xəstəliyinə dözə bilmir. Deyir “mənim bir balam var, onu da müalicə etdirməyə pul tapmıram. Ondansa ölüm yaxşıdır”.

Qaynana gəlininin vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

Mingəçevirdə 45 yaşlı qadın intihara cəhd edib. Şəhərin Aydın Məmmədov küçəsi, 7, mənzil 14 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Məmmədova Yaqut Gülhəsən qızı qida üçün uyğun olmayan zərərli maddə içərək özünü öldürmək istəyib.