Mingəçevirdə film kimi cinayətin GÖRÜNTÜLƏRİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.
 Mingəçevir şəhərində içərisində 150 min manatdan çox qızıl-zinət əşyaları olan avtomobil qaçırılıb.

ARB TV xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzi yaxınlığındakı qızıl mağazasının qarşısında qeydə alınıb.

Mingəçevir şəhər sakini, qızıl mağazasının sahibi 55 yaşlı Azər Müzəffərov axşam saatlarında həmişə olduğu kimi dükandakı bütün qızıl-zinət əşyalarını xüsusi çantaya yığaraq “VAZ-2107” markalı avtomobilinə qoyub işə saldıqdan sonra obyekti bağlamağa gedib. Bu zaman avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Avtomobil Yevlaxın Havarlı kəndində aşkar edilib. Lakin qızıl-zinət əşyaları yerində olmayıb.

Faktla bağlı araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılıb.