Mingəçevirdə filial müdiri mühafizəçisinin qulağını qopardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.

 

Azərbaycanda marketlər şəbəkəsinin filial müdiri mühafizəçisini döyüb.

TİA.AZ xəbər verir ki, Report-un Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhərində yerləşən “5+” supermarketlər şəbəkəsinin 20 Yanvar və M.Ə.Sabir küçələrinin kəsişməsində yerləşən filialında baş verib. 

Belə ki, filial direktoru ilə supermarketin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə mühafizəçi, 1980-ci il təvəllüdlü Nurlan Musa oğlu Verdiyev döyülərək, ağır bədən xəsarətləri alıb. 

Yaralı ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, onun üz və baş nayihələrində ağır xəsarətlər müəyyən edilib: “Xəstənin bir qulağı küt alətlə vurulan zərbə nəticəsində cırılıb və müəyyən hissəsi başından ayrılıb. Onun qulağı əməliyyat olunaraq tikilib. Bundan başqa, xəstənin üz və digər nahiyələrində sıyrılmış-cırılmış xəsarətlər olub”.

Münaqişənin səbəbi isə mühafizəçinin filial müdirindən marketlər şəbəkəsinin rəhbərliyinə şikayət etməsi olub. 

Faktla bağlı araşdırma aparılır.