Mingəçevir İcra Hakimiyyətində FACİƏ – Usta yıxılıb ÖLDÜ

Mingəçevir İcra Hakimiyyətində FACİƏ – Usta yıxılıb ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Tribunainfo.az  Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş verib.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov binada təmir işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.