Mingəçevir Dövlət Dram Teatrı Zərdabda qastrolda oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Dram Teatrı 26 dekabrda teatrın baş rejissoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin quruluş verdiyi “Qış nağılı” tamaşası ilə Zərdab rayonunda qastrol səfərində olub. Dünya azərbaycanlılarının həmrəylik gününə və yeni ilə həsr olunmuş bu tamaşa tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Tamaşadan öncə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev yaradıcı heyətlə görüşmüş, Azərbaycanda teatr mədəniyyətinin inkişafında göstərdikləri fəaliyyətə görə öz minnətdarlığını bildirib. O, teatrın kollektivinə yeni-yeni tamaşalarla teatrsevərlərin zövqünü oxşamağı arzulayıb.

NÜŞABƏ

TİA.AZ