Bu gün Zəngilan rayonunun qəsəbələrindən biri və ən böyüyü olan Mincivanın azad olunmasının 1 ili tamam olur. Keçən ilin bu günü şücaətli ordumuzun cəsur əsgərləri vaxtilə dəmiryol stansiyası yerləşən, ölkənin ən abad, hər cür infrastruktura malik qəsəbələrindən olan Mincivanı düşmən tapdağından azad ediblər.
Bu ilin yanvarında “Yeni Müsavat” əməkdaşları – Xalid Kazımlı, İlkin Muradov və Məğrur Salmanov Mincivanda olmuş, qəsəbənin hazırkı durumuna dair videoreportaj hazırlamışdılar. Həmin materialı yenidən oxucu-tamaşaçılarımıza təqdim edir, Mincivanın azad olunması uğrunda həyatını və sağlamlığını qurban vermiş şəhid və qazilərimizə minnətdarlığımızı bildiririk.