Min bir dərdin dərmanı olan payız meyvələribackend

Min bir dərdin dərmanı olan payız meyvələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Payız meyvələr ilə zəngin bir dövrdür. Bu dövrdə meyvələr şirin, şirəli və yetişmiş olur. 
AZXEBER.COM mövsüm meyvələrinin insan orqanizminə olan faydalarını araşdırıb.
Payız mövsümünün ən yararlı meyvələri və onların onların müsbət, mənfi xüsusiyyətlərini sizə təqdim edirik:

Karalyok bir çox isan tərəfindən sevlməsə də, lif, yağ və zülallarla zəngindir. Karalyokun tərkibində həmçinin natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor var. Bundan əlavə, A vitamini, beta-karotin, B1, B2, B3 və B6 vitaminləri ilə də zəngindir. Bu meyvə ürək-damar xəstəliklərinin qarşısının alınmasında təsirli rol oynayır, xərçəngdən qoruyur, boğaz, bronxit, öskürək və soyuqdəymə kimi şikayətləri aradan qaldırır.

 

Mövsümün ən sevilən sitrus meyvələri arasında kivi və qreyfrut öz pillədə yer alır.

 

Qreypfrut əla C vitamini mənbəyidir və immunitet sistemini dəstəkləməyə, soyuqdəymə əlamətlərini azaltmağa kömək edir. Gündəlik C vitamini ehtiyacınızın 75 faizindən çoxunu təmin edir. Kivinin tərkibindəki C vitamini isə portağaldan daha çoxdur. 100 qramında orta hesabla 100-400 mq C vitamini var. Tərkibində C vitamini yüksək olan meyvələrdən istifadə edən şəxslərdə tənəffüs sistemi xəstəliklərinin görülmə nisbəti daha azdır.

 

 

Sitrus meyvələri qrupuna daxil olan naringi C vitamini və beta karotin baxımından çox yaxşı qaynaqdır. Tərkibindəki fosfor və B vitaminləri var. Yüksək kalium ilə qan təzyiqini aşağı salmağa kömək edir. Kapilyarlarda qan axını sürətləndirir.

 

Mövsüm meyvələri arasında faydalı məhsulları sadalayarkən narın adını çəkməsək olmaz. Nar, çox güclü antioksidant fəaliyyət göstərən, C vitamini və folat mənbəyidir. Nar şirəsi qırmızı şərabdan daha yüksək antioksidant qabiliyyətinə malikdir. Xolesterini aşağı salır, ürək sağlamlığını qoruyur və antioksidant tərkibinin gücü ilə xərçəngə qarşı qoruyucu təsir yaradır.

 

Boranı və ya  balqabaq dediyimiz bu tərəvəz də A vitamini ilə zəngindir. Tərkibində çox miqdarda lif, C və K vitaminləri, dəmir və manqan var. O, həmçinin E vitamini, B vitaminləri, maqnezium, kalium və fosforla da zəngindir. Balqabağı həm desert kimi yeyə, həm də şorba hazırlayıb, sobada zeytun yağı ilə bişirə bilərsiniz.

 

Payızı heyvasız təsəvvür etmək mümkün deyil. Heyvanın tərkibində bol C vitamini var. Heyva həm də immunitet sisteminizi gücləndirərək allergik reaksiyaları aradan qaldırmağa kömək edir. Şişkinliyə və bədəndə su yığılmasına qarşı əla bitki mənşəli vasitədir. Payızda ondan həm təzə halda, həm də mürəbbə, cem, kompot kimi yararlanmaq olur.

 

Qeyd edək ki, immunitet sistemini gücləndirmək üçün həmçinin C vitamini olan tərəvəzlər, o cümlədən sitrus meyvələri, kivi, bolqar bibəri və B vitamini olan qidalar, yəni dənli bitkilər, ət, yumurta yemmək lazımdır. Onlar sinir sisteminin inkişafına da kömək edir.