Elmi adı “Allium ursinum” olan xalyar bitkisi dünyada yabanı sarımsaq, “ayı soğanı” kimi tanınır. Min bir dərdin dərmanı olan bu bitki əsasən rütubətli meşələrdə bitir.
Xalyar demək olar normal sarımsağın xüsusiyyətlərinə malikdir. Ancaq ikisini müqayisə edəsi olsaq, “ayı soğanı” daha güclü otdur. Bu otun bir çox xroniki xəstəliyə qarşı güclü müalicəvi təsiri var.
yabanı sarımsaq kimi tanınan xalyar bitkisinin möcüzəvi təsirlərini təqdim edir.
Xalyar zehni tənzimləyir, konsentrasiyanı artırır, yaddaşı gücləndirir və həzm prosesini yaxşılaşdırır.
Tribunainfo.az yabanı sarımsaq kimi tanınan xalyar bitkisinin möcüzəvi təsirlərini təqdim edir.
Məlumata görə, ayılar qış yuxusundan oyanan kimi mədə-bağırsaq və qanlarını təmizləmək üçün bu bitkini axtarırlar.
Qeyd edək ki, Azərbaycanda isə bu bitkiyə əsasən Qax, Zaqatala və Balakən rayonlarının dağlıq ərazilərində, rütubətli meşələrində rast gəlmək olur. Hətta bu bölgələrin mətbəxinə aid olan “xalyar” adlı yemək növü də var. Yeməklərin yanında turşu kimi də təqdim edilir. Yarpaqlarını isə müxtəlif növ salatlarda da istifadə etmək mümkündür.
Əsas məsələ bitkini bazardan alarkən mütləq təzə olduğuna diqqət etməkdir. Buna səbəb xalyar yeni-yeni çıxdıqda boyu 10 sm-ə qədər uzanır və elə bu formada da yeyilir. Xalyar “nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aid olduğu üçün bir az çətin tapılan bitkidir. Hazırda yerli bazarlarda kilosu 25 manata satılır