Vətəni Çin və Hindistan olan sarıkök dəri və oynaq xəstəlikləri, öskürək və soyuqdəymə kimi yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur.
Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış diyetoloqu Derya Eren sarıkökün faydalarını sadalayıb.
Eren sarıkökün bədəndə infeksiyanın qarşısını almaq, toxumaların sağlamlığını qorumaq kimi bir çox üstünlüklərə sahib olduğunu qeyd edib: “Xüsusilə qara bibərlə birlikdə istifadəsi faydalı kurkumin maddəsini 2000 dəfə daha aktiv edir”.
Bu bitkidə olan kurkumin alzheimer xəstəliyinin inkişafını və irəliləməsini ləngidir.
Sarıkök şəkərli diabet xəstələrində insulini balanslaşdırmağa kömək edir. Orqanizmdə insulin həssaslığını artıran kurkuminin fermentativ reaksiyalara təsir edərək fayda təmin edir.
Kurkumin ürək-damar xəstəliklərindən qorunmaqda da böyük fayda verə bilər. Araşdırmalar göstərir ki, sarıkök ürək çatışmazlığı, ürək əzələsi xəstəlikləri, dərmana bağlı ürək toksikliyi, infarkt, insult və diabetlə əlaqəli ürək-damar simptomları kimi xəstəliklərdən qorunmaqda dəstəkləyici rol oynayır. Herpes və qriplə mübarizədə mühüm yer tutur.
Sarıkökün piylənmədən əziyyət çəkən insanlar üçün də əhəmiyyətli faydaları var. Tərkibindəki kurkumin piy toxuması adlanan yağla örtülmüş hüceyrələrdən ibarət quruluşun iltihablı ifrazatlarını azaldaraq, piylənmədən qorunmağı dəstəkləyir. Həmçinin prostat xərçəngində nəzarətsiz yayılmanın qarşısını ala bilər.
Müşahidə edilib ki, kurkumin depressiyaya yaxşı təsir edir. Sarıkökün neyrobioloji maddələrin miqdarını azaldaraq və ya artıraraq, həmçinin maddələr mübadiləsini təmin edərək bu təsirə səbəb olduğu düşünülür.
Sarıkök menstruasiya ağrılarını azaldır, həzmsizlik əlamətlərini aradan qaldırmağa kömək edir. Həzmsizliyi aradan qaldırmaqla yanaşı, maddələr mübadiləsini tənzimləmək, zülalların həzmini asanlaşdırmaq, mədənin turşulara qarşı müqavimətini təmin etmək, mədənin selikli qişasını örtən bəlğəmin artırılması, mədə şirəsinin turşuluğunun tənzimlənməsi kimi proseslərə də kömək edir.
Tərkibindəki kurkumin yaraların sağalmasına müsbət təsir göstərir.