“Fuga Group” MMC-nin vergi borcu yaranıb.
Pravda.az-ın xəbərinə görə, şirkətin dövlətə hazırki dövrədək 512 673 manat borcu var.Qeyd: Nizamnamə kapitalı 60 000 AZN olan MMC-nin qanuni təmsilçisi Musa Qüdrət oğlu Əsgərovdur. Şirkət ötən il Baş Dövlət Yol Polisi İdarəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin (İşıqforlar və ona aid ehtiyyat hissələrinin satınalınması) 1 695 271, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 2 299 757 manatlıq tenderlərinin qalibi olub. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına “stop” qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.