Avropalılar qida mədəniyyətlərini dəyişmədikləri halda, yoxsul ölkələr yeməyə balıq tapmayacaq .
Avropalılar qida mədəniyyətlərini dəyişmədikləri halda, yoxsul ölkələr yeməyə balıq tapmayacaq.
TİA.AZ-ın xəbərinə görə, bu barədə Dünya Təbiəti Qoruma Vəqfi açıqlama yayıb.
Vəqfin yaydığı məlumata görə, 2050-ci ildə balıq kasıb ölkələr üçün ən lüks yemək hesab ediləcək.
Statistikaya görə, avropalıların öz su hövzələrindəki balıqlar ilin yarısına qədər yetərli olur. Zəngin ölkələr qalan ehtiyaclarını yoxsul ölkələr hesabına ödəyir. İlk baxışda bu hər iki ölkə üçün sərfəlidir. Lakin bu yalnız qısa müddət üçün sərfəlidir, gələcəkdə isə problemlərə səbəb olacaq.
Kiel Universitetinin bu istiqamətdə apardığı araşdırma nəticəsində zəngin avropalılara ancaq öz ölkələrində istehsal edilən balıqları yemək məsləhət görülür. Əks təqdirdə, 2050-ci ildə cənub yarımkürəsi ölkələrdə balığa həsrət qalacaqlar.
Hazırda dünyada balıq ovu 100 milyin ton civarındadır, 30 il sonra bu rəqəmin 137 milyon tona çatacağı ehtimal edilir. Bunun böyük bir hissəsi zəngin ölkələrin süfrələrində olacaq.
Ovlanan balığın zəngin və yoxsul ölkələr arasında bərabər paylaşılmamasının aclıq və şiddətə səbəb olacağı da xatırladılır. Universitetin hazırladığı hesabata görə xüsusən Banqladeş, Malaziya, İndoneziya, Seneqal, Qana kimi ölkələrdə risk daha çoxdur.
Dünya Təbiəti Qoruma Vəqfinin açıqlamasında görə, balıq ovunun idarə edilməsi, balıqların artım dövründə ov qadağasına əməl edilməsi nəticəsində 2050-ci ildə dünyada adambaşına ildə 12 kiloqram balıq düşə bilər.