Türkiyədən xarici ölkələrə ilbiz satışından ötən il 7 milyon dollar qazanc əldə olunub.
Türkiyədən xarici ölkələrə ilbiz satışından ötən il 7 milyon dollar qazanc əldə olunub.
Trend-in məlumatına görə, Balıkesir vilayətinin Bandırma şəhərində dəniz məhsullarının ixracı və idxalı ilə məşğul olan şirkətin rəhbəri Osman Kocaman “Anadolu” agentliyinə müsahibəsində daxili bazarda tələbat olmayan bəzi dəniz məhsullarını ixrac etdiklərini bildirib.
İlbiz, o cümlədən su ilbizi, qurbağa və dəniz xiyarının (su canlısı) xaricə satışından hər il ölkə iqtisadiyyatına milyonlarla dollar xeyir verdiklərini deyən O.Kocaman 2016-cı ildə ilbiz ixracatının 7 milyon dollar təşkil etdiyini vurğulayıb:
“Emal olunmuş ilbizlərin 90 faizini Fransa başda olmaqla Aİ ölkələri və ABŞ alır. Fransa bizdən aldığını Yaponiyaya da satır. Keçən il Almaniyaya 300 min konservləşdirilmiş ilbiz ixrac etmişik”.